Kamçatkada təhlükə altında qalan Azərbaycan vətəndaşı ilə bağlı son durum
Rusiyanın Kamçatka diyarında yağan şiddətli yağışlar nəticəsində Tolbaçik vulkanı ərazisində yol yuyulub. Aralarında Azərbaycan vətəndaşı Tatyana Dolivetsin də olduğu 100-ə yaxın turist nəqliyyat əlaqəsi kəsildiyi üçün ərazidə çarəsiz qalıb.
hadiseler.info məlumat verir ki, 16 nəfərlik qrupda yer alan aparıcı və animator T.Dolivets sosial şəbəkə hesabında paylaşım edərək müvəqqəti olaraq çadırlarda yerləşdirildiklərini, isti şəraitdə və təhlükəsizlikdə olduqlarını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyi də dərhal hərəkətə keçərək Rusiya FHN ilə əlaqə saxlayıb. Rusiya tərəfi vəziyyətin nəzarətdə olduğunu, havanın qaranlıq olması səbəbindən aviasiya ilə təxliyənin səhər saatlarına saxlanıldığını diqqətə çatdırıb. Hələlik alternativ yolların açılması və təxliyə prosesinin başlanması yönündə işlər aparılır.

No Comment! Be the first one.