Kimlərin pensiyalarına əlavələr ediləcək?
“Əmək Pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda aylıq pensiya əlavəsinə keçilir.
hadiseler.info xəbər verir ki, millət vəkili Vüqar Bayramov yeni dəyişikliklərlə bağlı ətraflı şərh verib. Deputat bildirib ki, dəyişikliklərə əsasən, aylıq pensiya əlavəsi əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bir sıra əmək pensiyaçılarına təyin ediləcək.
Sabit əlavələrin şamil olunacağı vətəndaşların siyahısı kifayət qədər genişdir:
Azı 15 il qulluq stajı olan sabiq Birinci vitse-prezident və vitse-prezidentlər, Baş nazir və müavinləri, Naxçıvan MR-in Baş naziri və müavinləri.
Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və müavinləri, mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri və müavinləri (həmçinin Naxçıvan üzrə).
Yerli icra hakimiyyətinin başçıları, Media və Yayım Şurasının, həmçinin 2023-cü il dekabrın 27-dək mövcud olan Naxçıvan Televiziya və Radio Şurasının üzvləri.
Sabiq dövlət qulluqçuları.
Deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar.
Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq palata üzvləri.
İnsan hüquqları üzrə müvəkkili və Naxçıvan İnsan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq ombudsmanlar (və 2026-cı il aprelin 10-dək mövcud olan Naxçıvan İnsan hüquqları üzrə müvəkkili).
Mərkəzi Seçki Komissiyasının və Naxçıvan MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq üzvlər.
Diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşları və Müdafiə Nazirliyinin hərbçiləri.
Qeyd olunub ki, aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qanun layihəsi Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
No Comment! Be the first one.