Kişinyov hava limanında bomba həyəcanı: Bina təxliyə olundu
Kişinyov Beynəlxalq Hava Limanında bomba təhlükəsi elan edilib və sərnişinlərin təxliyəsinə başlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisinin mətbuat xidməti məlumat yayıb.
“Kişinyov Beynəlxalq Hava Limanında bomba təhlükəsi elan edilib. Sərhəd polisi əməkdaşları dərhal sərnişinlərin və işçilərin hava limanı binasından təxliyəsinə başlayıblar”, – deyə rəsmi açıqlamada bildirilir.
Məlumata görə, həyəcan siqnalından sonra Daxili İşlər Nazirliyinin xüsusi bölmələri dərhal hadisə yerinə cəlb olunub.
No Comment! Be the first one.