Kiyev ballistik raket hücumuna məruz qaldı: 15 nəfər yaralandı
Ukraynanın paytaxtı Kiyev oktyabrın 22-nə keçən gecə kütləvi ballistik raket hücumuna məruz qalıb.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, şəhərə təxminən 30 ballistik raket atılıb. Hücumun əsas hədəflərinin enerji və strateji infrastruktur obyektləri olduğu bildirilir.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib.
Zərbələr nəticəsində şəhərin sağ və sol sahillərini birləşdirən “Cənub” körpüsü zədələnib və orada nəqliyyatın hərəkəti dayandırılıb. Metro infrastrukturuna da ziyan dəydiyindən bəzi istiqamətlərdə qatarların hərəkəti məhdudlaşdırılıb.
Bundan başqa, təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilə ziyan dəyib.
No Comment! Be the first one.