Kolleclərə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilib
hadiseler.info xəbər verir ki, ümumi 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan tələbələrin elektron qeydiyyatı başlayıb.
Müraciətlərin qəbulu yalnız my.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər portala daxil olaraq Elm və Təhsil Nazirliyinin təqdim etdiyi ali və orta ixtisas təhsil müəssisələrinə qeydiyyat xidməti bölməsindən müraciətlərini təsdiqləməlidirlər. Proses avqustun 31-i saat 18:00-dək davam edəcək.
Qeydiyyat zamanı şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslərin sənədlərini yeniləməsi tələb olunur. 15 yaşı tamam olmamış vətəndaşlar isə şəxsi kabinetlərini rəqəmsal imza vasitəsilə aktivləşdirməlidirlər.
No Comment! Be the first one.