Konyada sərnişin avtobusu aşıb – 45 nəfər yaralanıb
Türkiyənin Konya vilayətində sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 45 nəfər xəsarət alıb.
hadiseler.info xəbər verir ki, qəza gecə saat 02:00 radələrində İsparta-Beyşehir avtomobil yolunun Hüyük rayonu yaxınlığında baş verib.
Antalya-İğdır marşrutu üzrə hərəkət edən “Yeni Diyarbakır” şirkətinə məxsus, 06 FDF 199 dövlət nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq şarampole aşıb.
Qəza zamanı avtobusda olan 45 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, yaralılardan təxminən 40-nın vəziyyəti yüngüldür. Beş nəfər Konya şəhərindəki xəstəxanalara, üç nəfər isə Seydişehir rayon xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.