Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak olub
Rusiya-Ukrayna müharibəsi bölgesində daha bir azərbaycanlı həyatını itirib.
hadiseler.info xəbər verir ki, Ukraynanın Krıma endirdiyi dron zərbəsi nəticəsində 45 yaşlı Mahir Məmmədov həlak olub.
Məlumata görə, M.Məmmədov yük avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi dronla vurulub. Hücum nəticəsində avtomobildə yanğın baş verib və həmyerlimiz həyatını itirib.
Mahir Məmmədovun Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndindən olduğu, hazırda cənazəsinin doğma yurduna aparılması istiqamətində müvafiq işlərin görüldüyü bildirilir.
No Comment! Be the first one.