Kürdəmir rayonunda tanınmış iş adamı toy məclisi zamanı qəfil vəfat edib.
hadiseler.info istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində baş verib. Rayon sakini, sahibkar kimi tanınan Vüqar Nağıyev toy zamanı qəfil dünyasını dəyişib. Onun ilkin ehtimala əsasən ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, mərhum Vüqar Nağıyevin əmisi Hikmət Nağıyevin Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun dayısı oğlu olduğu qeyd olunur. Diqqətçəkən məqamlardan biri də odur ki, Hikmət Nağıyev də məhz ötən ilin noyabr ayında ürək çatışmazlığından qəfil dünyasını dəyişmişdi.
No Comment! Be the first one.