Kürdəmirədə 51 yaşlı kişi ildırım vurması nəticəsində həlak oldu
Kürdəmir rayonunda ölüm faktı ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndi ərazisində qeydə alınıb.
Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Zahir Hacalıyevi ərazidə çobanlıq edərkən ildırım vurub. O, aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.