Kəbədə terrorçu özünü partlatmaq istədi- VİDEO
Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müsəlmanların ən müqəddəs məkanı sayılan Kəbədə intiharçı hücumunun qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, terrorçu Kəbənin daxilində özünü partlatmağa cəhd göstərib. Lakin onun üzərindəki partlayıcı qurğu işə düşməyib və şəxs dərhal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hadisə nəticəsində xoşbəxtlikdən partlayış baş verməyib. Hücum cəhdinin motivi və saxlanılan şəxsin kimliyi barədə hələlik əlavə məlumat verilməyib, faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.