Kəmaləddin Heydərovdan FHN-də yeni təyinatlar
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin regional mərkəzlərində kadr dəyişikliyi həyata keçirilib.
hadiseler.info xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin edilib.
V. Fətullayevin boşalan yerinə isə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev gətirilib. Vüqar Ağayev artıq FHN-in Sumqayıt Regional Mərkəzinə rəis təyin olunaraq yeni işinə başlayıb.
No Comment! Be the first one.