Lənkəranda 19 yaşlı gənc anasının sevgilisini bıçaqladı
Lənkəran rayonunda anasının keçmiş sevgilisini bıçaqlayan 19 yaşlı gəncin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Parakənd kəndində baş verib. Astara rayon sakini, 2007-ci il təvəllüdlü İmran Mahirli (ad və soyad şərtidir) atası dünyasını dəyişəndən sonra anası Aynur ilə birlikdə Lənkərana köçüb. Qadın burada başqa bir kişi ilə qeyri-rəsmi nikahda yaşamağa başlayıb.
Bir neçə ildən sonra münasibətlər pozulub və onlar ayrılıblar. Müddət keçdikdən sonra kişi barışmaq istəsə də, qadın razılaşmayıb. Hadisə günü səhər saatlarında yuxudan səsə oyanan İmran anasının həmin kişi tərəfindən təhqir olunduğunu görüb. Söyüşləri eşidən 19 yaşlı gənc mətbəx bıçağı ilə kişiyə baş və bədən nahiyələrindən xəsarətlər yetirib.
Polis əməkdaşları tərəfindən saxlanılan İ.Mahirli barəsində cinayət işi başlanılaraq məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə olunduğu üçün cinayət işinə xitam verilib.
No Comment! Be the first one.