Laçında “İkinci həyat” sərgisinin açılışı olub
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə Mədəniyyət Nazirliyi və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlərə start verilib.
hadiseler.info xəbər verir ki, ilk tədbir olaraq “Arts Council Azerbaijan” platformasının təşkilatçılığı ilə “İkinci həyat” adlı sərgi keçirilib.
Sərginin əsas konsepsiyasını zədələnmiş köhnə Qarabağ xalçalarının rəssamlar tərəfindən yeni sənət əsərlərinə çevrilməsi təşkil edir. Layihə milli mədəni irsin canlandırılması, təsviri sənətin təbliği və ekoloji məlumatlılığın artırılması məqsədi daşıyır, habelə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir. Sərgilənən nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
No Comment! Be the first one.