Lerikdə dəfinə axtaran şəxs dərəyə yıxılaraq ölüb
Lerik rayonunda dəfinə axtarışı ilə məşğul olan şəxslərdən biri polisdən qaçmaq istəyərkən faciəvi şəkildə həyatını itirib.
hadiseler.info xəbər verir ki, ərazidə qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfərin kimliyi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən olunub.
Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərərək ərazidən qaçmağa cəhd ediblər. Bu zaman qanunsuz qazıntı iştirakçılarından biri — R.Səfərov mürəkkəb reliesli ərazidə qayalıqdan dərəyə yıxılıb. O, aldığı ağır xəsarətlərdən olay yerində dünyasını dəyişib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz qazıntı fəaliyyətində iştirak edən digər şəxs — E.Kərimov saxlanılaraq məsuliyyətə cəlb olunub.
Hazırda hadisənin üçüncü iştirakçısının yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
No Comment! Be the first one.