Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu
Lerik rayonunda tanışını başından odlu silahla vuraraq qətlə yetirməkdə və meyitini dərəyə atmaqda təqsirləndirilən Elşən Ağayevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
hadiseler.info xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm elan olunub.
Məhkəmənin hökmünə əsasən, Elşən Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Lerik rayonu ərazisində qeydə alınıb. Hərbi qulluqçu Elşən Ağayev avtomobildə aralarında yaranmış münaqişə zəminində tanışı, 35 yaşlı Şahin Şərifovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə meyitini dərəyə atıb. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Vətən müharibəsi iştirakçısı olmuş və bir sıra medallarla təltif edildiyi bildirilən E.Ağayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 177 (oğurluq), 228 (qanunsuz olaraq silah alma, saxlama), 232 (silahı mənimsəmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici fəaliyyət) maddələri daxil olmaqla bir neçə ağır maddə ilə rəsmi ittiham irəli sürülmüşdü.
No Comment! Be the first one.