Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzində oldu – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, ziyarət zamanı Leyla Əliyevaya mərkəzdə uşaqların sağlamlığının qorunması, fiziki inkişafının dəstəklənməsi və reabilitasiyası istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan tibbi xidmətlər barədə ətraflı məlumat verilib.
Mərkəzin masaj, oyun otaqları və müasir reabilitasiya bölmələrinə baxış keçirilib. Qeyd olunub ki, tibb elminin son nailiyyətləri və müasir bərpa-müalicə avadanlıqları ilə təchiz edilən mərkəzdə fiziki imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün hər bir şərait yaradılıb.
Xüsusi tərtibatlı oyun otaqları uşaqların asudə vaxtının səmərəli təşkilinə, ünsiyyət bacarıqlarının inkişafına və psixoloji gərginliyin aradan qaldırılmasına xidmət edir.






No Comment! Be the first one.