Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində Zimbabve Respublikasının birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, Özbəkistanda keçirilən görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
No Comment! Be the first one.