Leyla Əliyeva Türkmənistanda səfərdədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfər edib.
hadiseler.info “AZƏRTAC”a istinadən xəbər verir ki, Aşqabad şəhərinin Beynəlxalq Hava Limanında Heydər Əliyev Fondunun vitse-prezidentini Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşılayıb.
Qarşılanma mərasimindən sonra Leyla Əliyevanın Oğulcahan Atabayeva ilə çay masası arxasında qısa görüşü keçirilib.


No Comment! Be the first one.