Leysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılıb.
hadiseler.info məlumat verir ki, L.Məmmədovun Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən azad edildiyi bildirilir.
Qeyd edək ki, o, bu vəzifəyə 2025-ci ilin yanvarında təyin olunmuşdu. L.Məmmədov daha əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
No Comment! Be the first one.