Lisey və gimnaziyalara seçim üçün müraciət vaxtı uzadılıb
Lisey və gimnaziyalara qəbul üzrə seçim mərhələsi ilə bağlı müraciət müddəti daha bir gün artırılıb.
“Report”un məlumatına görə, Təhsil İnstitutundan bildirilib ki, namizədlər iyulun 15-i saat 12:00-dək seçimlərini edə biləcəklər.
Qeyd edilib ki, seçim prosesi başa çatdıqdan sonra şagirdlər topladıqları nəticələrə əsasən müvafiq lisey və gimnaziyalara yerləşdiriləcək, daha sonra isə qəbulun yekun nəticələri açıqlanacaq.
Məlumata əsasən, avqust ayının ilk yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənədlərin qəbulu mərhələsinə start veriləcək.
Namizədlər seçimlərini şəxsi kabinetdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirə bilərlər. Bu mərhələdə maksimum üç lisey və ya gimnaziya seçmək mümkündür.
Bununla yanaşı, üç təhsil müəssisəsinin seçilməsi məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmələri tövsiyə olunur.
No Comment! Be the first one.