Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq 
İzmirdə dəmir-polad zavodunda partlayış olub 
Premyer Liqa oyununda 9 Noyabra həsr olunan aksiya təşkil edilib  
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq 
İzmirdə dəmir-polad zavodunda partlayış olub 
Premyer Liqa oyununda 9 Noyabra həsr olunan aksiya təşkil edilib  
Xarici Siyasət

Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 

Noyabr 9, 2026
9 Views

hadiseler.info xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin əks-sədası” adlı konsert proqramı təşkil olunub.  

Dünyanın ənam qabaqcıl konservatoriyalarından olan tarixi Kral Musiqi Kollecində keçirilən tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.  

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan diasporunun nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan həmvətənlərimiz, həmçinin Türkiyənin Britaniyadakı səfirliyinin yüksək vəzifəli diplomatları iştirak ediblər.  

E.Süleymanov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib.  

Qeyd olunub ki, tarixi Zəfərin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və strateji baxışı mühüm rol oynayıb. Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında vahid məqsəd ətrafında birləşərək birlik və həmrəylik nümayiş etdirib. O, Vətən müharibəsi zamanı minlərlə gəncin həyatını itirdiyini xatırladaraq, bu Qələbənin arxasında böyük fədakarlıqların dayandığını qeyd edib.  

Azərbaycan vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar hazırda ölkənin tarixində xüsusi dövrü yaşayırlar. O, bu tarixi məqamın əhəmiyyətinin unudulmamasının, xalqın birlik və həmrəyliyinin qorunmasının, gələcəyə doğru birgə addımlamağın vacibliyini vurğulayıb.  

Diplomat çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününə də toxunub. Azərbaycan bayrağının bu gün ucalarda dalğalanmasının böyük mübarizə və fədakarlıqlar hesabına mümkün olduğunu bildirən səfir, şəhidlərin xatirəsinin daim yaşadılmasının və üçrəngli bayrağımızın hər zaman uca tutulmasının əhəmiyyətini qeyd edib.  

Daha sonra Türkiyənin Britaniyadakı səfirliyinin birinci müşaviri Əlvan Hacıəfəndioğlu çıxış edib. O, Azərbaycan xalqını Zəfər bayramı münasibəti ilə təbrik edib. Ə.Hacıəfəndioğlu “Bir millət, iki dövlət” ifadəsinin iki ölkə arasında dərin bağları göstərdiyini söyləyərək Türkiyə və Azərbaycanın hər zaman yan-yana dayandığını və həmişə də belə davam edəcəyini əlavə edib.  

Tədbir bədii proqramla davam edib. Səadət Fərziyevanın rəhbərlik etdiyi “Qarabağ” məktəbinin və “Acapella” akademiyasının tələbələri müxtəlif musiqi əsərləri ifa ediblər. Həmçinin konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva, Londonda yaşayan istedadlı həmyerlimiz, müğənni Emin Eminzadə, kamança ifaçısı Rasim Fərziyev və Əməkdar mədəniyyət işçisi, tarzan Rafiq Rüstəmov çıxış edərək Azərbaycan və dünya musiqilərindən nümunələr ifa ediblər.  

Konsertdə iştirak edən Britaniyadakı həmyerlilərimiz “Can Qarabağ”, “Yaşa Azərbaycan”, “Ey əziz Anam, Azərbaycan” və sairə mahnıları musiqiçilərlə birgə səsləndirərək Zəfər coşqusu yaşayıblar.  

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib 

Next

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım – Foto

Next
Noyabr 9, 2026

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı paylaşım – Foto

Previous
Noyabr 9, 2026

Yaponiya 50,4 milyard dollarlıq rekord valyuta intervensiyası keçirib 

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Xarici Siyasət
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq 
Ayla
Noyabr 9, 2026
Xarici Siyasət
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 
Ayla
Noyabr 9, 2026
Xarici Siyasət
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 
Ayla
Noyabr 9, 2026
Xarici Siyasət
Zəfər Günü münasibətilə Rustavidə Heydər Əliyevin abidəsi ziyarət olunub 
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq 
Noyabr 9, 2026
İzmirdə dəmir-polad zavodunda partlayış olub 
Noyabr 9, 2026
Premyer Liqa oyununda 9 Noyabra həsr olunan aksiya təşkil edilib  
Noyabr 9, 2026

Top kateqoriyalar

Dünya 1186
Siyasət 660
Hadisə 619
Cəmiyyət 357

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya