Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Biznes

Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək  

Noyabr 5, 2026
23 Views

hadiseler.info xəbər verir ki, Azərbaycanda lotereya və mərc operatorlarının xalis gəlirdən 22 % vergi ödəməsi, oyunçuların isə 500 manatdan yuxarı uduşlarına tətbiq edilən 10 %-lik vergidən azad olunması təklif edilir.  

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.  

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.  

Qanun layihəsinin əsas mahiyyəti vergi ödəyicisinə vergitutma bazasını müstəqil seçmək imkanının verilməsidir. Ümumi dövriyyədən deyil, GGR (Gross Gaming Revenue), yəni satışdan uduşlar çıxıldıqdan sonra qalan xalis gəlirdən vergi ödənilməsi müasir dünya təcrübəsində ədalətli və mütərəqqi model hesab olunur.  

Sənəddə vurğulanıb ki, mövcud sistemdə dövriyyədən vergi tutulması operatorun real qazancını deyil, iştirakçıya geri qaytarılan məbləğləri də vergi yükünə salaraq daha sadə mexanizm olsa da, daha çox vergi yükü təsəvvürü yaradırdı. 22% dərəcəsi ilə GGR modelinin tətbiqi operatorların maliyyə dayanıqlığını artırır və onlara daha cəledici uduş fondları təklif etməyə şərait yaradır ki, bu da dolayısı ilə oyunçuların qeyri-leqal xarici saytlardan yerli leqal platformalara keçidini sürətləndirərək kölgə iqtisadiyyatının daralmasına xidmət edir.  

Həmçinin, bu sahədə mövcud olan beynəlxalq təcrübə gösterir ki, idman mərc oyunları sahəsində vergi yükünün balanslı şəkildə müəyyən edilməməsi oyunçuların lisenziyalı operatorlardan uzaqlaşaraq lisenziyasız və nəzarətsiz platformalara yönəlməsinə səbəb ola bilər. Bu isə öz növbəsində qeyri-rəsmi (qara) bazarın genişlənməsinə, dövlət nəzarətinin zəifləməsinə, vergi daxilolmalarının azalmasına və istehlakçı hüquqlarının müdafiəsi imkanlarının məhdudlaşmasına gətirib çıxarır.

Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə əsasən, lotereya və idman mərc oyunları üzrə əldə olunan uduşların 500 manatadək hissəsi gəlir vergisindən azad edildiyi, həmin məbləğdən artıq hissədən isə vergi tutulduğu üçün yüksək məbləğdə uduş əldə edən oyunçuların bir qisminin vergi öhdəliyindən yayınmaq məqsədilə qeyri-rəsmi mərc platformalarına üz tutması riski yaranır. Bu baxımdan, qanuni fəaliyyət göstərən operatorların rəqabət qabiliyyətinin qorunması, oyunçuların lisenziyalı bazarda saxlanılması və qara bazarın payının azaldılması məqsədilə 500 manatdan yuxarı uduş məbləğlərindən tutulan 10 % dərəcəsi ilə verginin ləğv edilməsi (stimullaşdırıcı lotereyalardan əldə edilən uduşlar istisna olmaqla) və ya bu sahədə vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.

Bildirilib ki, belə yanaşma oyunçuların qanuni operatorlara marağını artırmaqla yanaşı, bazarın şəffaflığının yüksəlməsinə, dövriyyənin leqallaşmasına və uzunmüddətli perspektivdə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə xidmət edə bilər.  

Eyni zamanda, layihədə 2027-2029-cu illər üzrə nəzərdə tutulan minimum vergi ödəyimi (müvafiq olaraq 100%, 105% və 110%) mexanizmi dövlət və biznes arasında maraqların balansını qoruyan mühüm fiskal vasitədir. Bu yanaşma yeni vergitutma metoduna keçid zamanı büdcə daxilolmalarında yarana biləcək riskləri sığortalayır və dövlət gəlirlərinin sabitliyini təmin edir. Digər tərəfdən, bu üçillik keçid dövrü vergi ödəyicisinə öz biznes modelini yeni şərtlərə uyğunlaşdırmaq və investisiya planlarını proqnozlaşdırıla bilən hüquqi mühitdə qurmaq imkanı verir ki, bu da ölkədəki investisiya mühitinin cəlediciliyini artırır və hüquqi müəyyənlik prinsipini güçləndirir.

Nəticə etibarilə, bu dəyişikliklərin gələcək dövrlərdə sektorda şəffaflığın artmasına, mühasibatlıq uçotunun beynəlxalq standartlara tam uyğunlaşmasına və bazarın daha rəqabətqabiliyyətli olmasına zəmin yaradacağı proqnozlaşdırılır. Belə bir kompleks yanaşmanın həm dövlət büdcəsinin maraqlarını uzunmüddətli perspektivdə sığortalayacağı, həm də sahənin sağlam və dayanıqlı inkişafı üçün zəruri hüquqi bazanı formalaşdıracağı gözlənilir.

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib 

Next

Paşinyan noyabrda Türkiyəyə səfər edəcək

Next
Noyabr 5, 2026

Paşinyan noyabrda Türkiyəyə səfər edəcək

Previous
Noyabr 5, 2026

Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib 

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Biznes
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib 
Ayla
Noyabr 7, 2026
Biznes
Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Ayla
Noyabr 6, 2026
Biznes
Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Ayla
Noyabr 6, 2026
Biznes
Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək  
Ayla
Noyabr 5, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya