Lənkəranda meşəlik ərazidə iki nəfərin meyiti tapılıb
Lənkəran rayonunda bir neçə gündür itkin düşmüş hesab edilən iki nəfərin meyiti meşədə aşkarlanıb.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Havzava kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri Lənkəran rayonunun “İbadi” kimi tanınan meşəlik ərazisində tapılıb. Qohum olduqları bildirilən hər iki şəxsin bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldığı qeyd olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən onların ölüm səbəbləri araşdırılır.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda təhqiqat və istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.