Misirdə Dəhşətli Yol Qəzası: 15 nəfər həlak oldu, 32 yaralı var
Misirin şimal-şərqində yerləşən İsmailiyyə əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Fəhlələri daşıyan pikap markalı avtomobilin aşması nəticəsində azı 15 nəfər həyatını itirib, 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
hadiseler.info xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin açıqlamasına dayanaraq “Xinhua” agentliyi məlumat yayıb.
Hazırda xəsarət alanların dəqiq sayı və səhhəti ilə bağlı məlumatların dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Misir Səhiyyə Nazirliyinin böhran və təcili hallar üzrə əməliyyat qərargahı yerli səhiyyə strukturları ilə koordinasiyalı şəkildə hadisə yerindəki vəziyyəti nəzarətdə saxlayır.
No Comment! Be the first one.