Məhkəmə zalından qaçan məhbus yenidən həbs edildi
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl məhkəmə zalından qaçmağa nail olmuş məhbusu taparaq yenidən həbs ediblər.
hadiseler.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Axtarışda olan şəxsin bu gün Kotayk vilayətində fərdi yaşayış evlərinin birində aşkarlanaraq saxlanıldığı bildirilir.
Xatırladaq ki, hadisə dünən baş verib və məhbus Armavir vilayətində yerləşən ümumi yurisdiksiya məhkəməsinin binasından qaçaraq gizlənmişdi.
No Comment! Be the first one.