“Mən xalqın baş məşqçisiyəm” – Sergen Yalçın
Türkiyə milli komandasının yeni baş məşqçisi təyin edilən təcrübəli mütəxəssis Sergen Yalçın mətbuat konfransı keçirib.
hadiseler.info xəbər verir ki, mütəxəssis əsas yığmaya təyinatı və gələcək planları barədə fikirlərini bölüşüb. Sergen Yalçın bu təyinatı karyerasının ən vacib günü adlandıraraq ona göstərilən etimada görə Türkiyə Futbol Federasiyasına təşəkkürünü bildirib. O vurğulayıb ki, milli komanda hər kəs üçün hər şeydən üstündür və qarşıdakı dövrdə böyük uğurlar qazanmaq üçün birlik və həmrəylik hava və su kimi lazımdır.
Təcrübəli baş məşqçi özünü “xalqın baş məşqçisi” adlandıraraq milli komanda ruhunu yenidən bərpa edəcəklərini qeyd edib. O, azarkeşlərin yığmaya olan marağının yenidən qaytarılacağını və xalqın komandanın arxasında dayanacağını bildirib. Qarşıda böyük turnirlərin dayandığını xatırladan Sergen Yalçın Avropa və Dünya çempionatlarına vəsiqə qazanmaq və azarkeşlərə həyəcanlı futbol bəxş etmək üçün bütün imkanları səfərbər edəcəklərini vurğulayıb. Qeyd edək ki, Sergen Yalçın Türkiyə Futbol Federasiyası ilə 4 illik rəsmi müqavilə imzalayıb.
No Comment! Be the first one.