Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Cəmiyyət

Mətbuat Şurasının sədri jurnalistə qarşı zorakılığa münasibət bildirdi

Noyabr 1, 2026
25 Views

Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb.

Hadiseler.info həmin açıqlamanı təqdim edir:

“APA TV-nin müxbiri Sənan Bəhrəmlinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğın hadisəsini işıqlandırarkən fiziki hücuma məruz qalması, təhqir edilməsi və peşə fəaliyyətinə maneçilik törədilməsi qəbuledilməzdir.

Jurnalistin hadisə yerində ictimai əhəmiyyət daşıyan məlumatları toplaması və cəmiyyətə çatdırması onun peşə vəzifəsidir. Bu fəaliyyətə qarşı fiziki güc tətbiq edilməsi, təhdid və təhqirlərə yol verilməsi yalnız jurnalistin hüquqlarına deyil, bütövlükdə informasiya əldə etmək və yaymaq azadlığına qarşı yönəlmiş davranışdır.

Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə, onu təhqir edə və texniki avadanlığına zərər vura bilməz. Hadisə yerində təhlükəsizlik və qaydaların qorunması qanuni çərçivədə təmin edilməli, jurnalistlərin fəaliyyəti isə əsassız şəkildə məhdudlaşdırılmamalıdır.

Baş vermiş hadisə aidiyyəti orqanlar tərəfindən hərtərəfli və obyektiv araşdırılmalı, jurnalistə qarşı zorakılıq törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməli və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir”.

Qeyd edək ki, ötən gün APA TV-nin əməkdaşı Sənan Bəhrəmli peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalıb.

Özünü yanğın baş vermiş kombinatın mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu təhqir edib və şirkətin texniki avadanlığına zərər vurub.

Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıldığını, Heydər Sərdarovun isə saxlanıldığını bildirib.

Tags:

#APATVJurnalistMətbuat ŞurasıSənan BəhrəmliVüqar Zifəroğlu

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir  

Next

Yasamalda yataqxana qəzalı vəziyyətdədir : Sakinlər faciədən qorxur

Next
Noyabr 1, 2026

Yasamalda yataqxana qəzalı vəziyyətdədir : Sakinlər faciədən qorxur

Previous
Noyabr 1, 2026

Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir  

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Tarixi qələbənin altıncı ili – Azərbaycanda Zəfər Günü qeyd olunur
Ayla
Noyabr 7, 2026
Cəmiyyət
Deputat:“Kuryerlər də vergi rejiminə cəlb olunsunlar”
Ayla
Noyabr 6, 2026
Cəmiyyət
Bakı metrosunun əsas stansiyalarından biri yenidən qurulacaq
Ayla
Noyabr 6, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya