Məzahir Pənahov Qazaxıstana səfər etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.
hadiseler.info xəbər verir ki, səfər Qazaxıstan MSK sədrinin dəvəti ilə baş tutub. Səfərin əsas məqsədi avqustun 23-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi kimi izləməkdir. MSK heyəti səsvermə günü Astanadakı məntəqələrdə prosesi müşahidə edəcək.
Nümayəndə heyəti avqustun 22-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcək. Səfər çərçivəsində Məzahir Pənahovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
No Comment! Be the first one.