Masazırda dördüncü mərtəbədən yıxılan şəxs xilas edildi
Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış binasında vətəndaşın yıxılaraq köməksiz vəziyyətdə qalması ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2001-ci il təvəllüdlü vətəndaş yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildən 2-ci mərtəbənin artırma hissəsinə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə zərərçəkəni həmin ərazidən endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
No Comment! Be the first one.