Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 illik yubileyi ilə bağlı paylaşım edib.
hadiseler.info xəbər verir ki, Birinci vitse-prezident paylaşımında Xalq rəssamını səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı və uzun ömür arzulayıb.
“Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!” – deyə Mehriban Əliyeva təbrikində qeyd edib.
No Comment! Be the first one.