Millət vəkili Tərtərdə sakinlərlə görüşdü: Müraciətlər dinlənildi-FOTOLAR
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Bəyimsarov kəndində yerli sakinlərlə səyyar qəbul keçirərək onların müraciət və təkliflərini dinləyib.
hadiseler.info xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və müxtəlif yerli idarə, müəssisə hamçinin təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı kənd sakinləri tərəfindən əsasən kənddaxili yolların təmiri, elektrik təsərrüfatı və işıqlandırma sisteminin yenilənməsi, torpaq sahələri, su təchizatı, suvarma və digər sosial-məişət məsələləri ilə bağlı müraciətlər qaldırılıb.
Qaldırılan ümumi xarakterli problemlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerində tapşırıqlar verilib, araşdırma tələb edən məsələlər isə xüsusi nəzarətə götürülüb.
Sonda kənd sakinləri problemlərinin yerindəcə dinlənilməsinə görə razılıqlarını ifadə edərək ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





No Comment! Be the first one.