Milli Məclis azad edilmiş ərazilərdə gənclər və idman sahəsində maarifləndirmə tədbirləri keçirəcək
Milli Məclisin Gənclər və idman komitəsi işğaldan azad edilmiş ərazilərdə gənclər və idman sahəsində geniş maarifləndirmə tədbirlərinin keçirilməsini planlaşdırır.
hadiseler.info xəbər verir ki, bu məsələ komitənin 2026-cı ilin payız sessiyası üzrə iş planına daxil edilib.
İş planı çərçivəsində bir sıranın mühüm tədbirlərin icrası nəzərdə tutulur:
Ulu Öndər Heydər Əliyevin irsi: Ali təhsil müəssisələrində və regionlarda “Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclər və idman siyasətinin banisi kimi” mövzusunda gənclərlə görüşlər təşkil olunacaq.
Sağlam gələcək: “Sağlam gənclik – sağlam gələcək” mövzusunda zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər keçiriləcək.
İnnovasiya və rəqəmsallaşma: Gənclərin elm, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.
No Comment! Be the first one.