Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Suriyada partlayış: Ölənlər və yaralananlar var
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Suriyada partlayış: Ölənlər və yaralananlar var
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Cəmiyyət

Milli Məclisin komitə sədrindən jurnalistlər haqqında qalmaqallı etiraf

Avqust 21, 2026
13 Views

hadiseler.info Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın sosial şəbəkə hesabında jurnalistlərin istirahəti ilə bağlı suallarına verdiyi cavabla bağlı paylaşımı diqqət çəkib.

Deputat paylaşımında jurnalistlərin tez-tez “Sorğu keçiririk, bəs bir siyasətçi olaraq, istirahətiniz necə keçir” sualını ünvanladıqlarını və belə hallarda adətən onları “yola vermək üçün” cavablar verdiyini yazıb. Fazil Mustafa bu ifadənin jurnalistlərə münasibət baxımından nə dərəcədə doğru olması ilə bağlı fikirlərini bölüşüb.

Deputat bildirib ki, istirahətlə bağlı suallar əsasən gündəmi oxucuya çatdırmaq məqsədi daşıyır və bu cür cavablarda müəyyən sarkazm ola bilər:

“Əlbəttə, bu kimi suallar əslində gündəmi müəyyən dərəcədə insanlara çatdırmaq üçün nəzərdə tutulan bir variantdır. Amma heç vaxt heç kəs özünün istirahətinin necə keçdiyi ilə bağlı olduğu kimi cavab vermir. İstirahət də insanın şəxsi həyatı ilə bağlı məsələdir. Bu baxımdan burada bir az sarkazm nəzərdə tutulub”.

Fazil Mustafa qeyd edib ki, jurnalistin sualına cavab vermək özü bir səmimiyyətdir, lakin istirahətin detalları ilə bağlı açıqlama vermək hər zaman mümkün olmur:

“Bu cür sualların qoyuluşunun da konkret cavabı olur. Ona görə onu hər tərəfi qane edə biləcək şəkildə deməlisən ki, nə jurnalist incisin, nə də onun sualı cavabsız qalsın, hörmətsizlik olmasın. Mən də əslində sonrakı fikirlərə dayaq üçün bunu göstərməyə bir az sarkazmla çalışıram ki, istirahətimiz yoxdur və bunu müəyyən dərəcədə yazmaq, nəsə çalışmaq, boş durmamaq özü istirahətdir”.

O, jurnalistlərin “hansı şəhərdəsən, harada keçirirsən, nə ilə məşğul olursan?” kimi suallarının isə sosial şəbəkələrdəki paylaşımlardan müəyyən qədər cavablandırıla biləcəyini vurğulayıb:

“Əgər mən gündə sosial şəbəkədə basketbol, futbol və ya hansısa görüşlərimi paylaşıramsa, artıq oradan jurnalist özü nəticə çıxartmalıdır. Kitab paylaşıramsa və ya məqalə yazıramsa, bu o deməkdir ki, jurnalist özü nəticə çıxarmalıdır ki, istirahətim necə keçir”.

Deputat hesab edir ki, bu tip suallar peşəkar baxımdan o qədər də uğurlu deyil. Bununla belə, jurnalisti cavabsız qoymağın da doğru olmadığını və hər iki tərəfi qane edən cavab verməyə çalışdığını bildirib.

Fazil Mustafa həmçinin məhz “yola vermək” ifadəsinin diqqət çəkməsini yazının təqdimat üslubu ilə əlaqələndirib:

“Bir də maraqlısı odur ki, o yazıda kifayət qədər ciddi məsələlər qoyulmuşdu və maraqlıdır ki, o məsələlər sizin diqqətinizi çox çəkmədi. Demək, bu ifadə orada olmalıdır ki, sizin digər məsələlərdə diqqətinizi daha çox çəksin və onun üzərində də fikirlərinizi, düşüncələrinizi bölüşəsiniz. Bu da bir yazının taktikası və üslubudur”.

Tags:

AçıqlamaDeputatFazil MustafajurnalistlərMilli MəclisSosial Şəbəkə

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Qazaxıstanda yol hərəkəti təhlükəsizliyi tədbiri keçirildi — VİDEO

Next

Sabah Bəzi Bölgələrdə Temperatur 40 Dərəcəyə Çatacaq

Next
Avqust 21, 2026

Sabah Bəzi Bölgələrdə Temperatur 40 Dərəcəyə Çatacaq

Previous
Avqust 21, 2026

Qazaxıstanda yol hərəkəti təhlükəsizliyi tədbiri keçirildi — VİDEO

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Cəmiyyət
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
Ayla
Avqust 24, 2026
Cəmiyyət
85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib
Ayla
Avqust 24, 2026
Cəmiyyət
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə olundu
Ayla
Avqust 24, 2026
Cəmiyyət
Xalq artisti Faiq Ağayevə ağır itki üz verdi
Ayla
Avqust 22, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Suriyada partlayış: Ölənlər və yaralananlar var
Avqust 24, 2026
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
Avqust 24, 2026
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Avqust 24, 2026

Top kateqoriyalar

Dünya 305
Hadisə 191
Siyasət 138
İdman 131

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya