Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var- VİDEO
Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki 11 saylı binada qeydə alınıb.
Həyəcan siqnalı ilə hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN əməkdaşlarının operativ müdaxiləsi nəticəsində bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilib. İlkin məlumata görə, bir neçə sakin qatı tüstüdən zəhərlənib və dərhal xəstəxanaya yerləşdirilib.
İlkin ehtimallara əsasən, yanğın binanın elektrik naqillərinin keçdiyi şaxtada başlayıb.
No Comment! Be the first one.