Mirziyoyev Vaşinqton görüşünü İlham Əliyevin qələbəsi adlandırdı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilmiş tarixi görüşünün nəticələrini Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirib.
hadiseler.info xəbər verir ki, Özbəkistan Prezidenti bu fikirləri Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında səsləndirib.
“Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk. Sizi bir daha təbrik edir və yeni böyük uğurlar arzulayıram”, – deyə Mirziyoyev vurğulayıb.
Özbəkistan dövlət başçısı həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü suveren siyasət ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə xidmət edir.
No Comment! Be the first one.