Mirziyoyev Xəzərdə birgə donanma və ayrıca nəqliyyat dəhlizi təklif etdi
Özbəkistan Xəzər dənizində vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır.
hadiseler.info xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında məlumat verib.
Özbəkistan dövlət başçısı nəqliyyat və loqistika sahəsində icra olunmalı mühüm vəzifələri diqqətə çatdırıb:
“Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr durur. Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın işə salınmasını sürətləndirmək lazımdır. Biz bu barədə İlham Heydər oğlu ilə dar tərkibdə də danışmışıq. Biz bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
No Comment! Be the first one.