Misirdə dəhşətli qatar qəzası: 150-dən çox yaralı var
hadiseler.info xəbər verir ki, Misirin Giza əyalətində iki qatarın toqquşması nəticəsində azı 150 nəfər xəsarət alıb.
Məlumata əsasən, hadisə günorta saatlarında Əl-Əyyat rayonunda, Kəfr-Əmmar və Ər-Rəqqa stansiyaları arasındakı dəmir yolu xəttində baş verib. Qəza nəticəsində dörd vaqon relsdən çıxıb. İlkin məlumata görə, xəsarət alanların əksəriyyətində müxtəlif dərəcəli sınıq və əzilmələr qeydə alınıb.
Hadisə yerinə 50-dən çox təcili tibbi yardım avtomobili cəlb edilib, yaralıların daşınmasında yerli sakinlərin də nəqliyyat vasitələrindən istifadə olunub. Bölgədəki tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib. Qatar qəzasının başvermə səbəbi hələlik açıqlanmayıb.
No Comment! Be the first one.