Moskvada Azərbaycan Səfirliyinin qonaq evi önündə təxribat törədilib-VİDEO
Avqustun 27-si günorta saatlarında Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evinin qarşısında ölkəmiz əleyhinə təxribat törədilib.
hadiseler.info xəbər verir ki, sosial şəbəkələrdə hadisə anına dair videogörüntülər yayılıb. Kadrlardan görünür ki, kimsəliyi bəlli olmayan şəxslər binanın qarşısına Azərbaycan əleyhinə yönəlmiş təxribat xarakterli fotolar yerləşdiriblər.
Baş verən insidentlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi kəskin etiraz bəyanatı ünvanlayıb. Rəsmi Bakı Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarından bu hüquqazidd əmələ dərhal lazımi hüquqi qiymət verilməsini, insidentin təfərrüatlı şəkildə araşdırılmasını və gələcəkdə analoji halların yaşanmaması üçün qətiyyətli tədbirlərin görülməsini tələb edib.
No Comment! Be the first one.