Moskvadan Bakıya uçuşlar təxirə salındı
Rusiyanın bir sıra hava limanlarında dron hücumları səbəbindən təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
hadiseler.info “Rosaviasiya”ya istinadən xəbər verir ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə ölkə daxili və xarici reyslərin cədvəlində ciddi dəyişikliklər edilib. Təxirə salınan uçuşlar arasında Moskvanın “Vnukovo” hava limanından Bakıya gəlməli olan reyslər də var.
Məlumata görə, AZAL-a məxsus təyyarənin saat 01:00-da nəzərdə tutulan uçuşu saat 14:00-a, “Utair” şirkətinin saat 09:50 reysi isə 10:50-yə ertələnib.
No Comment! Be the first one.