MÜTDA-dan valideynlərə məktəbli forması ilə bağlı xəbərdarlıq
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formalarının alışı ilə bağlı valideynlərə müraciət edib.
hadiseler.info xəbər verir ki, məktəbli formalarının əldə edilməsi sərbəst şəkildə həyata keçirilir və valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Valideynlər forma haqqında məlumatı övladlarının təhsil aldığı məktəblərdən və ya yerli təhsili idarəetmə bölmələrindən ala bilərlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən məktəblərdə 4 növ geyim formasından biri tətbiq olunur. Müəssisələrin Pedaqoji Şurası tərəfindən seçilən vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişilməz qalmalıdır.
No Comment! Be the first one.