Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Suriyada partlayış: Ölənlər və yaralananlar var
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Suriyada partlayış: Ölənlər və yaralananlar var
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Elm və Təhsil

Məktəbli formalarının qiymətləri bəlli oldu — BTE-dən endirim açıqlaması

Avqust 14, 2026
22 Views

Yeni tədris ilinin başlamasına təxminən bir ay qalmış müxtəlif satış şəbəkələrində məktəbli formalarının satışına başlanılıb.

hadiseler.info Report.az-a istinadən xəbər verir ki, aparılan müşahidələr ticarət məkanlarında məktəbli geyimlərinin qiymətlərinin müxtəlif olduğunu göstərir.

Belə ki, mağazaların birində qısaqol köynəklər 23-27 manat, uzunqol köynəklər 25-27 manat, klassik şalvarlar 20-28 manat, ipli şalvarlar 20-30-35 manat, jaketlər 25-35 manat, ətəklər isə 25-35 manat aralığında satışa çıxarılıb. Geyimlərin üzərinə təhsil müəssisəsinin logosunun vurulması isə 1,5 manat təşkil edir. Şəbəkə nümayəndələri Türkiyə istehsalı olan bu geyimlərin tam pambıq tərkibli olduğunu bildirirlər.

Başqa bir ticarət mərkəzində isə köynəklər 15 manatdan, ətəklər 13 manatdan, şalvarlar 20 manatdan, jaketlər isə 23 manatdan başlayan qiymətlərlə təklif edilir.

Bakı Tikiş Evi (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə qiymətlərlə bağlı açıqlamasında bildirib ki, istehsal etdikləri məktəbli formaları keçən il olduğu kimi bu il də endirimli qiymətlərlə satışa çıxarılıb:

“Əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti indi 15 manata endirilib. Jaketlər 30 manat əvəzinə 22 manata, polo köynəklər isə 12-14 manata təklif olunur”.

Rəsmi şəxs geyimlərin Türkiyə, Belarus və Özbəkistandan gətirilən keyfiyyətli parçalardan tikildiyini vurğulayıb. BTE nümayəndəsi satışın ilboyu davam etdiyini xatırladaraq əlavə edib:

“Ölkə üzrə fəaliyyət göstərən 8 satış mərkəzində hər gün səhər saat 09.00-dan axşam 18:00-a kimi valideynlər istədikləri ölmüdə forma əldə edə bilərlər”.

E.Əzimov dərs ilinə az vaxt qaldığını nəzərə alaraq valideynlərə növbələrin və sıxlığın yaranmaması üçün alış-verişi son günlərə saxlamamağı tövsiyə edib:

“Vaxt az qaldığından satış məntəqələrində sıxlıq və növbələr yarana bilər. Bu səbəbdən, valideynlərin məktəbli formalarını əvvəlcədən alması həm rahat seçim imkanlarını genişləndirir, həm də növbədə gözləmədən alış-veriş etməyə şərait yaradır”.

Tags:

Bakı Tikiş EviEtibar ƏzimovMəktəbli formasıQiymətlərtəhsil

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Azərbaycanda yeni dövlət sistemi yaradıldı – Prezident Fərman imzaladı

Next

Samuxda qarayara həyəcanı: Kənddə nəzarət postu quruldu — FOTO

Next
Avqust 14, 2026

Samuxda qarayara həyəcanı: Kənddə nəzarət postu quruldu — FOTO

Previous
Avqust 14, 2026

Azərbaycanda yeni dövlət sistemi yaradıldı – Prezident Fərman imzaladı

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Elm və Təhsil
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu-FOTOLAR
Ayla
Avqust 24, 2026
Sosial
MİQ-in müsahibə mərhələsi başlayır — Tarixlər açıqlandı
Ayla
Avqust 21, 2026
Cəmiyyət
MÜTDA-dan valideynlərə məktəbli forması ilə bağlı xəbərdarlıq
Ayla
Avqust 21, 2026
Elm və Təhsil
Kolleclərə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilib
Ayla
Avqust 19, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Suriyada partlayış: Ölənlər və yaralananlar var
Avqust 24, 2026
M1 ekspres avtobuslarında yenilik: İkinci validatorlar quraşdırılır
Avqust 24, 2026
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
Avqust 24, 2026

Top kateqoriyalar

Dünya 305
Hadisə 191
Siyasət 138
İdman 131

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya