Azərbaycanda yeni dövlət sistemi yaradıldı – Prezident Fərman imzaladı
Ölkədə dövlət nəzarəti və audit sahəsində rəqəmsallaşmanın təmin edilməsi istiqamətində mühüm fərman imzalanıb.
hadiseler.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət auditi” informasiya sisteminin (DAİS) yaradılması və bununla bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Sənədə əsasən, “Dövlət auditi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmana uyğun olaraq, Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə yeni sistemin formalaşdırılması, fəaliyyətinin təşkili və “Hökumət buludu”na (G-cloud) inteqrasiya edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görəcək. Eyni zamanda DAİS-in dövlət reyestrinə daxil edilməsi təmin olunacaq.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və aidiyyəti dövlət qurumları ilə birgə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması üçün üç ay müddətində zəruri işləri yekunlaşdıraraq ölkə başçısına məlumat təqdim etməlidir.
No Comment! Be the first one.