Qarabağın bərpasına təxminən 3,5 milyard manat xərclənəcək
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması məqsədilə növbəti ildə nəzərdə tutulan maliyyə vəsaitinin məbləği açıqlanıb.
hadiseler.info xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bütövlükdə 2027-ci ilin dövlət büdcəsinin xərclərindən işğaldan azad olunmuş torpaqlarımızın bərpası, yenidən qurulması və digər zəruri tədbirlər üçün cəm olaraq 3 milyard 422 milyon manat məbləğində vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Bundan başqa, sənəddə həmin ərazilərdə inşa edilmiş evlərə köçürülmüş ailələrin kommunal xidmətlərdən istifadəsinin, habelə qeyri-dövlət sektoru üzrə müəyyən sahələrdə fəaliyyət göstərən sığortaedənlərin və Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması məqsədilə 22,0 milyon manat vəsaitin ayrılması da planlaşdırılır.
No Comment! Be the first one.