Məktəbli geyimləri ucuzlaşdı – Yeni qiymətlər-FOTO
Yeni tədris ili ərəfəsində məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir.
hadiseler.info xəbər verir ki, “Bakı Tikiş Evi” (BTE) ASC-dən verilən açıqlamaya görə, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata, jaketlərin qiyməti isə 30 manatdan 20–22 manata endirilib və həmin qiymətlər cari ildə də qüvvədədir.
Köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manat təşkil edir. Məhsulların 100 faiz pambıq parçadan hazırlandığı bildirilib.
Satış mərkəzləri məktəb mövsümü ərəfəsində ayın 15-dək həftənin bütün günləri (şənbə və bazar daxil olmaqla) fəaliyyət göstərəcək. BTE valideynlərə mənşəyi və keyfiyyəti məlum olmayan təsadüfi satış yerlərindən məktəb formaları almamağı, 1 il zəmanət verilən fabrik istehsalı sertifikatlı məhsullara üstünlük verməyi tövsiyə edir.

No Comment! Be the first one.