Məşhur ekstrasens yaşında vəfat edib
Sovet və postsovet dövrünün məşhur psixoterapevti və teleaparıcısı Anatoli Kaşpirovski 87 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Andrey Malaxov özünün “Telegram” kanalında paylaşıb. O, paylaşımında “Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil”, – deyə qeyd edib.
Qeyd edək ki, Anatoli Kaşpirovski 1980-ci illərin sonlarında televiziya vasitəsilə keçirdiyi kütləvi psixoterapiya seansları ilə böyük şöhrət qazanmışdı. Lakin onun fəaliyyəti və tətbiq etdiyi üsullar elmi dairələrdə hər zaman mübahisə mövzusu olub. 2006-cı ildə Çelyabinskdə xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb edilən Kaşpirovski, 2024-cü ildə yenidən kütləvi seanslarını bərpa etmiş və öz brendinə aid məhsulların satışına başlamışdı.
No Comment! Be the first one.