Məşhur rejissor özünü güllələdi
İki dəfə “Emmi” mükafatı laureatı olan 83 yaşlı amerikalı rejissor Maykl Mann Los-Ancelesdə atıcılıq poliqonunda ehtiyatsızlıq səbəbindən özünü ayağından güllələyib.
hadiseler.info xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.
Məlumata görə, uzun illərdir atıcılıqla məşğul olan rejissor məşq üçün silahı özü yığmağa çalışarkən qəfil atəş açılıb. Hadisədən dərhal sonra yerli xəstəxanaya çatdırılan Maykl Mannın yarasının dərialtı olduğu və ciddi xəsarət almadığı bildirilib. Polis hadisəni təsdiqləyərək bunun bədbəxt təsadüf olduğunu və rejissorun özünə xəsarət yetirmək niyyətində olmadığını açıqlayıb.
Xatırladaq ki, Maykl Mann “İnsan ovçusu”, “Sonuncu mogikan” və “Döyüş” filmləri, eləcə də “Mayami polisi” serialı ilə tanınır. O, “The Jericho Miles” və “Narkotik müharibələri: Kamarena işi” mini-seriallarına görə “Emmi” mükafatına layiq görülüb, həmçinin “Öz adamı” və “Aviator” filmlərinə görə “Oskar”a namizəd olub.
No Comment! Be the first one.