Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
Banqkok fəlakət zonası elan edildi – VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
Banqkok fəlakət zonası elan edildi – VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Sosial

Naxçıvana biletləri öncədən alın – AZAL-dan müraciət

Avqust 10, 2026
40 Views

“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir.

hadiseler.info xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb:

“Bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə səbəb olur. Nəticədə bəzi tarixlər üzrə reyslərdə yerlər daha qısa müddətdə dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə həm uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaradır, həm də səfərlərini daha rahat təşkil etməyə kömək edir.

Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys (gediş-gəliş olmaqla) həyata keçirilir. Həmçinin Azərbaycanın milli aviadaşıyıcısı sərnişin tələbatını davamlı olaraq təhlil edir və əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir”, – məlumatda deyilir.

Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Tags:

AviabiletAZALBakıNaxçıvanReys

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Co Baydenin səhhəti kəskin ağırlaşıb: Xərçəng metastaz verib

Next

Çində təbii fəlakət: 1 milyondan çox insan təxliyə olundu, uçuşlar təxirə salınır

Next
Avqust 10, 2026

Çində təbii fəlakət: 1 milyondan çox insan təxliyə olundu, uçuşlar təxirə salınır

Previous
Avqust 10, 2026

Co Baydenin səhhəti kəskin ağırlaşıb: Xərçəng metastaz verib

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Sosial
 “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin təməli qoyuldu- FOTOLAR
Ayla
Sentyabr 26, 2026
Xarici Siyasət
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Ayla
Sentyabr 22, 2026
Sosial
Sentyabr ayının pensiya ödənişləri tam yekunlaşdı
Ayla
Sentyabr 22, 2026
Sosial
Sentyabr ayının pensiyaları tam ödənilərək yekunlaşdırılır
Ayla
Sentyabr 21, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

İstanbulda sahibkarın avtosalonu yandırıldı – VİDEO
Sentyabr 26, 2026
Banqkok fəlakət zonası elan edildi – VİDEO
Sentyabr 26, 2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə bağlı foto paylaşılıb
Sentyabr 26, 2026

Top kateqoriyalar

Dünya 788
Siyasət 424
Hadisə 415
İdman 244

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya