Naxçıvanda dəhşətli qəza: 3 nəfər həlak oldu, uşaqlar daxil 9 nəfər yaralandı- FOTO
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ölüm və ağır xəsarətlərlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə sentyabrın 4-ü gecə saatlarında rayonun Gömür kəndində, dağlıq ərazidə qeydə alınıb. “Toyota Prado” markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Ağır qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri — 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun 8 yaşlı qızı F.Abdullayeva (2017) və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev hadisə yerində həlak olublar.
Qəzada daha 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar — V.Şıxəliyeva (2025), R.Abdullayev (2025), U.İsmayılov (2025), Nəzrin İsmayılova (2004), Sərraf Abdullayev (1985), Ceyran Abdullayeva (2010), F.Şıxəliyeva (2016), Vüsalə Abdullayeva (1983) və G.Şıxəliyevdir (2014).
Yaralılar dərhal Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın həkimi Nurlan Cəfərovun verdiyi məlumata görə, xəstəxanaya gətirilən 9 yaralıdan 3-ü körpə, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. İki nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı genişmiqyaslı araşdırma aparılır.

Qəzada həlak olan Nazim Abdullayev, qızı Firuzə Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyevin fotoları.
No Comment! Be the first one.