Nazirdən Müəllimlər Günü təbriki
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə elm və təhsil naziri Emin Əmrullayev təbrik müraciəti ünvanlayıb.
hadiseler.info xəbər verir ki, nazir öz təbrikində müəllimlik peşəsinin əsas missiyasının yalnız bilik vermək olmadığını, həm də savadlı və məsuliyyətli nəsillər yetişdirmək olduğunu vurğulayıb.
Emin Əmrullayev qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:
“Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”.
No Comment! Be the first one.