Netanyahu ABŞ-ın Qəzza planını rədd etdi: “Həmas tərk-silah olunmayana qədər ordu geri çəkilməyəcək”
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üçün hazırladığı 15 maddəlik yeni planı qəbul etmədiklərini bəyan edib.
Məsələ ilə bağlı Hadisələr.info xəbər verir ki, Netanyahu həftəlik kabinet iclasındakı çıxışında Həmas tam şəkildə və real olaraq tərk-silah olunmayana qədər İsrail ordusunun Qəzzadan heç bir halda geri çəkilməyəcəyini vurğulayıb.
O, silahsızlaşdırmanın “göstərməlik” və ya “xəyali” olmamalı olduğunu bildirərək, “Hərbçilərimizə və vətəndaşlarımıza yönəlmiş təhdidləri neytrallaşdırmağa davam edəcəyik”, – deyə əlavə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötməyən ay Həmasın silahsızlaşdırma şərtlərini qəbul etdiyini və bunun “davamlı sülh yolunda tarixi bir addım” olduğunu bəyan etmişdi. Lakin İsraildə yaxınlaşan seçkilər və koalisiya tərəfdaşlarının, xüsusən də Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin kəskin təzyiqləri fonunda Netanyahunun güzəştə getmək istəmədiyi bildirilir.
ABŞ rəsmiləri ilə növbəti mərhələ üzrə danışıqların davam etdiyi qeyd olunsa da, Netanyahunun bu bəyanatı Trampın Qəzza sülh planına növbəti ağır zərbə kimi qiymətləndirilir.
No Comment! Be the first one.